"Beşiktaş" yay transferi hazırlıqlarını davam etdirir.
Sportnet.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Bavariya"nın müdafiəçisi Rafael Gerreyro ilə maraqlanır.
Mövsüm sonu Münhen təmsilçisini tərk edən portuqaliyalı futbolçu yeni məcəra axtarışındadır.
Qeyd edək ki, cari "futbol ili"ndə "Bavariya" forması ilə 23 oyuna çıxan Rafael 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.


















































































