"Qalatasaray" "Trabzonspor" səfərinə heyətində ciddi itki ilə çıxa bilər.
Sportnet.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, İstanbul nəhənginin yarımmüdafiəçisi Qabriel Sara zədə səbəbilə oyunu qaçıra bilər.
Ayağında ağrılar hiss edən 26 yaşlı oyunçunun son durumu həkim müayinəsindən sonra bəlli olacaq.
Qeyd edək ki, "Trabzonspor" - "Qalatasaray" görüşü 4 aprel saat 21:00-da baş tutacaq.
















































































