"Neftçi"nin üzvləri 2 aprel Ümumdünya Autizm haqqında Məlumatlandırma Günü ilə əlaqədar keçirilən tədbirdə iştirak ediblər.
Sportnet.az xəbər verir ki, bu barədə klubun sosial şəbəkə hesabları məlumat paylaşıb.
"2 aprel – Ümumdünya Autizm haqqında Məlumatlandırma Günü ilə əlaqədar bərabərlik və inklüzivlik istiqamətində maarifləndirmə təşəbbüsü ilə tədbir keçirilib. Bu münasibətlə futbolçularımız – Emil Balayev, Edvin Kuç və Alessio Kurçinin iştirakı ilə autizmli gənclərin və əlilliyi olan şəxslərin məşğulluğuna və cəmiyyətə inteqrasiyasına dəstək verən “Kashalata Cafe”də görüş təşkil olunub.
“Kashalata Cafe”də çalışan gənclərin fəaliyyəti ilə tanış olub onlarla ünsiyyət quran komandamızın üzvləri onlara xatirə hədiyyələri təqdim ediblər."



















































































