"Beşiktaş" yay transfer pəncərəsində yeni qapıçı almaq niyyətindədir.
Sportnet.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Korintians"ın qolkiperi Uqo Souza ilə maraqlanır.
Daha öncə Avropada legioner həyatl yaşayan türkiyəli qapıçılat Berke Özer və Altay Bayındırla da təmasa keçməyi planlaşdıran "ağ-qaralar" son seçimini braziliyalı əlcək sahibindən yana edəcək.
Qeyd edək ki, 27 yaşlı Uqo Souza "Flamenqo" yetirməsidir. O, yeni başlayan 2026-cı il mövsümündə 18 görüşdə meydanda olub, 7 "quru oyun" keçirib.












































































