AFFA-nın illik hesabat konfransından sonra keçirilən mətbuat konfransında qurumun prezidenti Rövşən Nəcəf klubların maliyyələşməsi ilə bağlı səsləndirilən iddialara münasibət bildirib.
Sportnet.az xəbər verir ki, o, AFFA-nın klubların əsas maliyyə mənbələrindən biri olduğunu vurğulayıb. Onun sözlərinə görə, klublara ayrılan vəsaitlərin böyük hissəsi məhz assosiasiya tərəfindən təmin edilir.
R.Nəcəf qeyd edib ki, müxtəlif qaydada tətbiq olunan cərimələrdən əldə edilən vəsaitlər də yenidən klublara qaytarılır: “Klublara əsas vəsait AFFA-dan gəlir. Cərimələrdən əldə olunan vəsait də yenidən klublara yönləndirilir. Bu baxımdan, AFFA klubları soyur demək düzgün deyil”.
AFFA prezidenti əlavə edib ki, qurumun əsas məqsədi ölkə futbolunun inkişafına dəstək vermək və klubların maliyyə dayanıqlığını gücləndirməkdir.
Haşım MƏMMƏDOV















































































