"4 gündən sonra "Araz-Naxçıvan"a qarşı oyunumuz var. İnanırıq ki, qələbə qazanaraq çempionluğun bir addımlığına yaxınlaşacağıq"
Sportnet.az xəbər verir ki, bu sözləri "Sabah"ın forvardı Coy Lans Mikkels deyib.
Ruandalı futbolçu ilk başda komandasının gələn mövsüm Çempionlar Liqasında oynama potensialı haqda danışıb:
"Hələ tezdir. Gələcək haqda nəsə deyə bilmərəm. Növbəti matçlara fokuslanmışıq. Nə liqa, nə də kubok başa çatmayıb. Ona görə də, bu barədə danışmayacam".
32 yaşlı oyunçu komandasının Premyer Liqada çempionluq şansları barədə bu fikirləri səsləndirib:
"4 gündən sonra "Araz-Naxçıvan"a qarşı oyunumuz var. Ona köklənmişik. Mövsüm bitmədiyi müddətdəcə heç bir fikir səsləndirmək istəmirəm. İnanırıq ki, qələbə qazanaraq çempionluğa bir addım daha irəliləyəcəyik".
Mikayıl HACIYEV












































































