"Sabah"ın yarımmüdafiəçisi İvan Lepiniçanın səfərdə "Qarabağ"la 2:2 başa çatan Bizon Azərbaycan Kubokunun 1/2 final mərhələsinin ilk oyunundan sonra Sportnet.az saytına müsahibəsi:
- Görüş haqda düşüncələriniz nələrdir?
- İki yaxşı komanda bir-birinə qarşı oynadı. Cavab oyunumuz da var. İlk hissə onlar topla bizdən üstün idi. Təzyiqdən neçə çıxacağımız bilmirdik. İkinci 45 dəqiqədə oyunumzda dəyişikliklər edə bildik. Xüsusilə, son 20-30 dəqiqədə bir neçə real qol epizodu yarada bildik. Son olaraq, 2:2 hesabı mənim üçün yaxşı və realistik nəticədir.
- "Sabah"ın Çempionlar Liqasında oynamağa hazır olduğunu düşünürsünüz?
- Çox uzağa baxmağı xoşlamıram. "Araz-Naxçıvan"la oyunumuz var. Biz oyundan-oyuna köklənirik. Uzaq gələcəyə yox.
- Hissələrdəki oyununuzu necə müqayisə edə bilərsiniz?
- İlk hissə bizim üçün gözlənilməz idi. Güclü pressinqlər tətbiq etdilər. Topla oynamağa imkan vermədilər. Bu da normal haldır. Hər matçda topa hakim ola, yaxşı vəziyyətlər yarada bilmərik. Üstəlik də rəqib "Qarabağ"dırsa, bu iş daha da çətinləşir. Fasilədə geyinib-soyunma otağında söhbətlər etdik, görüşün ikinci yarısında vəziyyəti qaydasına saldıq.
- Səfərdə məğlub olmamaq sizin üçün finala yüksəlmək üçün yaxşı fürsət ola bilər?
- Bu oyunda əsas məqsədimiz məğlub olmamaq idi. Yaxşı nəticə əldə etdik. Evdə oynayacağımız üçün üstünlüyümüz olacaq. Amma istəməzdim ki, önümüzdə liqa matçı qala-qala kubokdan danışım.
Mikayıl HACIYEV









































































