Azərbaycan Premyer Liqasında bu gün XXVI turun bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, son çempion "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda debütant "Karvan-Yevlax"ı qəbul edib.
Baş hakim Kamranbəy Rəhimovun idarə etdiyi görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 7:0.
Qollardan 5-i ilk yarıya təsadüf edib. Leandro Andrade 23-cü, Kamilo Duran 31-ci və 45-ci, Dani Bolt 40-cı, Abdullah Zubir 43-cü dəqiqədə fərqlənib.
Fasilədən sonra Ağdam təmsilçisi daha 2 qol vurub. 48-ci dəqiqədə Duran "het-trik", 64-cü dəqiqədə Andrade "dubl" edib. Onlar müvafiq olaraq, 8-ci və 7-ci toplarına imza atıblar.
Beləliklə, "Qarabağ" xalını 55-ə çatdıraraq, 2-ci pillədə qərarlaşıb və lider "Sabah"la xal fərqini ən azı bir günlük 7-yə endirib. "Karvan-Yevlax" isə 8 xalla sonuncudur.
----------------------
Bu gün Azərbaycan Premyer Liqasında XXVI turun daha bir oyunu keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ" debütant "Karvan-Yevlax"ı qəbul edir.
Saat 19:00-da start verilən görüşü baş hakim Kamranbəy Rəhimov idarə edir.
Çempionluq uğrunda mübarizə aparan "Qarabağ" hazırda 24 oyundan 52 xalla 2-ci, Premyer Liqada qalma şansları get-gedə tükənən "Karvan-Yevlax" isə 25 oyundan 8 xalla sonuncu - 12-ci yerdə qərarlaşıb.
Komandaların əvvəlki oyunlarının hər ikisi Ağdam təmsilçisinin eyni hesablı qələbəsi ilə yekunlaşıb - 2:0. Topların nisbətində 0:4 hesabı ilə geridə olan “Karvan-Yevlax” qol vurmayıb.
Azərbaycan Premyer Liqası, XXVI tur
6 aprel (bazar ertəsi)
19:00. “Qarabağ” – “Karvan-Yevlax” - 7:0
Qollar: Leandro Andrade, 23, 63, Kamilo Duran, 33, 45, 48, Dani Bolt, 40, Abdulla Zubir, 43.
Hakimlər: Kamranbəy Rəhimov, Asiman Əzizli, Kərim Zeynalov, Əkbər Əhmədov
VAR: Emin Əliyev
AVAR: Tural Qurbanov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: İlham Əliyev
Tofiq Bəhramov adına Respublika Stadionu
Qeyd edək ki, XXVI turun ilk oyunlarında "Qəbələ" səfərdə "Kəpəz"ə 2:0, "Neftçi" "Sumqayıt"a 3:1 hesabı ilə qalib gəlib. Tura aprelin 7-də 3 görüşlə yekun vurulacaq.












































































