AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Bizon Azərbaycan Kubokunun yarımfinal mərhələsində keçirilmiş oyunlarla bağlı mübahisəli epizodları şərh etdi.
Sportnet.az-ın məlumatına görə, "Turan Tovuz" - "Zirə " görüşündə meydan sahiblərinin iki dəfə penalti epizoduna etiraz etməsinə baxmayaraq, baş hakim Əliyar Ağayev qayda pozuntusu qeydə almayıb, oyuna davam etmişdi.
Federasiya rəsmisi Rəhim Həsənov bu epizodlara baxış keçirərək FİFA referisinin hər iki qərarını yanlış hesab edib.













































































