İngiltərə nəhəngi "Mançester Yunayted" "Qalatasaray"ın yaxından maraqlandığı futbolçusu Manuel Uqartenin dəyərini açıqlayıb.
Sportnet.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, "qırmızı şeytanlar" 24 yaşlı yarımmüdafiəçi üçün 40 milyon avro qiymət təyin edib.
Uruqvaylı futbolçu ilə A Seriyası təmsilçisi "Yuventus" da maraqlanır.
"Qoca sinyora" gələn mövsüm üçün Çempionlar Liqası vəsiqəsini təmin etsə, "Qalatasaray"ın bu transferi reallaşdırması çətinləşəcək.
Uruqvay millisinin üzvünün isə yayda Premyer Liqa klubunu tərk etməsi yüksək ehtimaldır.
Qeyd edək ki, Uqarte karyerası boyunca "Sportinq", PSJ, Famalikao və Feniks klublarının şərəfini qoruyub.












































































