"Fənərbağça"nın sabiq forvardı Yusef En Nesiri yayda "Əl İttihad"ı tərk edə bilər.
Sportnet.az-ın məlumatına görə, Səudiyyə klubu mərakeşli hücumçunun performansından narazıdır.
Pro Liqa təmsilçisi artıq onun əvəzləyicisini axtarır.
Qeyd edək ki, En Nesiri cari mövsüm "Əl İttihad" forması ilə meydana çıxdığı 10 görüşdə 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.













































































