İngiltərə Premyer Liqası təmsilçisi "Mançester Siti" baş məşqçisi Pep Quardiola ilə bağlı qərarını verib.
Sportnet.az-ın məlumatına görə, "şəhərlilər" ispaniyalı mütəxəssislə davam etmək niyyətindədir.
Mövcud müqaviləsi 2027-ci ilin yayında başa çatan 55 yaşlı çalışdırıcı isə hələ öz qərarını verməyib.
O, mövsüm sonuna qədər öz taleyinə aydınlıq gətirəcək.
Qeyd edək ki, Pep Quardiola 2016-cı ildən "Mançester Siti"nin şərəfini qoruyur.














































































