Azərbaycan Premyer Liqasında XXVI turun "İmişli" - "Turan Tovuz" matçında kuryoz hadisə baş verib.
Sportnet.az-ın məlumatına görə, oyunun baş hakimi Rəvan Həmzəzadə uzatma dəqiqələrində baş vermiş epizodların birində geri qaçmaq istədiyi vaxt yerə yıxılıb.
Kəlləmayallaq aşan Həmzəzadənin sonradan yüngülcə axsadığı diqqətdən yayınmayıb.
Qeyd edək ki, ilk yarıdan sonra "İmişli" hesabda öndədir - 1:0.












































































