Peşəkar Futbol Liqası (PFL) Tovuz şəhər stadionunun qazonunda aparılmış yenidənqurma işlərini təftiş edib.
Sportnet.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, test oyununun nəticəsində "Turan Tovuz"un "Sumqayıt"a qarşı matçdan etibarən ev oyunlarının Tovuz şəhər stadionunda keçirilməsinə qərar verilib.
Qeyd edək ki, bu matç 12 apreldə gerçəkləşəcək.
















































































