"Neftçi"nin futbolçusu Emin Mahmudov eyni zamanda kapitanı olduğu Azərbaycan millisində lider çatışmazlığı barədə iddialara reaksiya verib.
33 yaşlı yarımmüdafiəçi Sportnet.az-ın sualını özünəməxsus tərzdə cavablandırıb.
Onun sözlərinə görə, Azərbaycan millisində heç vaxt yaxşı nəticələr olmayıb: “Nə bilim? Hamının öz düşüncəsi var. Əvvəllər lider olmuşdu, nəticə var idi, ya yox, bilmirəm. İndi də lider yoxdur deyirlər, nəticə belə. Deyə bilmərəm ki, lider kömək edir, ya yox, amma Azərbaycan millisində heç vaxt yaxşı nəticələr olmayıb. Çalışacağıq ki, bu il daha yaxşı olaq və nəticələr verək".
Qeyd edək ki, Azərbaycan millisi martda "FIFA Series-2026"nın qalibi olub. Sentyabrda isə UEFA Millətlər Liqasının D Liqasında yığmanı Lixtenşteyn və Litvaya qarşı oyunları olacaq.















































































