Azərbaycan Premyer Liqasında XXVII turun son oyunu "Turan Tovuz" və "İmişli" arasında təşkil olunub.
Sportnet.az-ın məlumatına görə, qarşılaşma ot örtüyü yenilənmiş Tovuz şəhər stadionunda təşkil olunub.
Matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.
Hesablı artıq 9-cu dəqiqədə Filip Ozobiç vurub. "Turan Tovuz" növbəti qolunu 50-ci dəqiqədə vurub. Bu dəfə Jiarlem Santos fərqlənəək, Premyer Liqada 8-ci qoluna imza atıb.
"Sumqayıt"ın təsəlli qolunu isə 64-cü dəqiqədə Rayan Senhaci vurub.
------------
Azərbaycan Premyer Liqasının XXVII turun növbəti görüşündə "Qəbələ" "İmişli"ni qəbul edib.
Sportnet.az-ın məlumatına görə, Qəbələ şəhər stadionunda keçirilmiş matç qonaqların qələbəsi ilə yekunlaşıb.
Yeganə qolu 45 dəqiqədə Dioqo Rollo vurub.
Bu qələbədən sonra xalını 26-ya yüksəldən "İmişli" 9-cu pillədə yerini möhkəmlənib.
"Qəbələ" isə 19 xalla 11-ci pillədə qalıb.
----------------------------
Bu gün Azərbaycan Premyer Liqasında XXVII turun son 2 oyunu keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, qarşılaşmalar bölgələrdə təşkil olunacaq.
"Qəbələ" debütant "İmişli" ilə münasibətlərinə aydınlıq gətirəcək. Qəbələ şəhər stadionunda saat 15:30-da başlanacaq görüşü baş hakim Rəşad Əhmədov idarə edəcək.
Hazırda "Qəbələ" 26 oyundan 19 xalla 11-ci, "İmişli" 23 xalla 9-cu yerdə gedir. Meydan sahibləri qələbə qazansalar, 10-cu pilləyə yüksələrək, qonaqlarla xal fərqini minimuma endirəcəklər.
İki komanda yalnız bu mövsüm üz-üzə gəlib. Əvvəlki iki oyundan birincisində 2:2 hesablı heç-heçə qeydə alındığı halda, növbətisində "Qəbələ" qələbə qazanıb - 3:2. Başqa sözlə, “qırmızı-qaralar” əvvəlki görüşlərdə uduzmayıb. Hər iki komanda bu matçlarda ən azı 2 qol vurub. Topların nisbətində "Qəbələ"nin üstünlüyü belədir - 5:4.
Son oyun isə "Turan Tovuz" və "Sumqayıt" arasında gerçəkləşəcək. Matç bir müddətlik aradan sonra yenə Tovuz şəhər stadionunda keçiriləcək. Saat 15:30-da başlanacaq görüşü baş hakim Kamranbəy Rəhimov idarə edəcək.
Meydan sahibləri qələbə qazansalar, xallarını 52-yə çatdıraraq, 3-cü pillədə möhkəmlənərək, avrokuboklara doğru önəmli addım atacaqlar. 32 xalla 7-ci yerdə gedən "Sumqayıt"ın isə heç bir ciddi iddiası, demək olar ki, qalmayıb.
Tərəflər arasındakı əvvəlki 14 oyunun 6-dan "Turan Tovuz", 4-dən "Sumqayıt" qələbə ilə ayrılıb, daha 4 matçda heç-heçə qeydə alınıb. Topların nisbətində isə Tovuz komandasının üstünlüyü belədir - 19:16.
Şəxsi görüşlərin son 7-də “Turan Tovuz” qol vurub. “Sumqayıt” axırıncı 3 oyunda xal qazanmayıb.
Azərbaycan Premyer Liqası, XXVII tur
12 aprel (bazar)
15:30. “Qəbələ” – “İmişli” - 0:1
Qol: Dioqo Rollo, 45
Sarı vərəqələr: İsaak Amoah, 22 (qeyri-idman hərəkəti) - Dioqo Kardozu, 69 (qeyri-idman hərəkəti); Ezekiel Morqan, 89 (qeyri-idman hərəkəti)
Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 5 dəq.
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Tərlan Talıbzadə, İslam Məmmədov
VAR: Əli Əliyev
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Qəbələ şəhər stadionu, 200 tamaşaçı
“Qəbələ”: 1. Səlahət Ağayev 28. Murad Musayev (k) (10. Şahin Şahniyarov, 46) 66. Nuğay Rəşidov (12. İbrahim Sanqare, 67) 27. Eşqin Əhmədov 24. İsmael Akinade 33. Seydina Keyta (13. Nicat Əliyev, 82) 50. Adriel Ba Loua 3. Eduardo Kunde 16. İsaak Amoah 14. Domi Massumo 30. Prins Ovusu
Ehtiyat oyunçular: 93. Rza Cəfərov 11. Asif Məmmədov 22. Fərid İsgəndərov 74. Süleyman Damadayev Baş məşqçi: Kaxaber Tsxadadze
“İmişli”: 1. Hüseynəli Quliyev 19. Azər Salahlı (k) 5. İdris İnqilablı (6. Yau Mozes, 73) 94. Rafael Vieqaş 10. Nikola Karaklaiç (97. Xəzər Mahmudov, 83) 29. Edvin Banquera 14. Ronaldo de Souza 23. Dioqo Rollo 79. Dioqo Kardozu (21. Abbas Ağazadə, 90+4) 17. Ezekiel Morqan 7. Luis Silvestr (70. Mehdi Tahirov, 90+4)
Ehtiyat oyunçular: 99. İmam Əli 90. Riad Abbaszadə 44. Həzrət İsayev 11. Vüsal Qənbərov 20. Nazim Hüseynov
Baş məşqçi: Jorj Kaşkilya
18:00. “Turan Tovuz” – “Sumqayıt” - 2:1
Qollar: Filip Ozobiç, 9. Joarlem Santos, 50 - Rayan Senhaci, 64
Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Kərim Zeynalov, Kamran Əliyev
VAR: Fərid Hacıyev
AVAR: Rəhman İmami
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Nəriman Axundov
Tovuz şəhər stadionu
Qeyd edək ki, XXVII turun əvvəlki oyunlarında "Karvan-Yevlax" evdə "Kəpəz"i 4:1, "Neftçi" "Araz-Naxçıvan"ı 2:1 hesabı ilə yenib, "Şamaxı" "Qarabağ"la 0:0, "Sabah" "Zirə" ilə 2:2 hesablı heç-heçə edib.

















































































