Azərbaycan Premyer Liqasının XXIX turun son oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, çempionatın lideri "Sabah" "Bank Respublika Arena"da autsayder "Karvan-Yevlax"ı qəbul edib.
Baş hakim Kamranbəy Rəhimovun idarə etdiyi görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0.
Hesabı 49-cu dəqiqədə Patrik Mbina açıb. 55-ci dəqiqədə isə Aron Maluda son nöqtəni qoyub.
Komandalar oyunu 10 futbolçu ilə başa vurmalı olublar. 36-cı dəqiqədə Tomson Qabi ikinci sarıdan "Karvan-Yevlax"ı, 64-cü dəqiqədə Aleksey İsayev birbaşa qırmızı vərəqə ilə "Sabah"ı azlıqda qoyub.
Bu qələbə sayəsində "Sabah" xalını 72-yə çatdıraraq, çempionluğa daha da yaxınlaşıb. "Karvan-Yevlax" isə 14 xalla sonuncu - 12-ci pillədə yer alıb.
Qeyd edək ki, XXIX turun əvvəlki oyunlarında "Sumqayıt" səfərdə "İmişli"ni, "Şamaxı" evdə "Kəpəz"i 2:0, "Qarabağ" "Neftçi"ni 5:1 hesablı məğlubiyyətə uğradıb. "Qəbələ" - "Araz-Naxçıvan" və "Turan Tovuz" - "Zirə" oyunları isə eyni hesablı heç-heçə ilə yekunlaşıb - 1:1.
------------------------
Azərbaycan Premyer Liqasının XXIX turunun daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Turan Tovuz" "Zirə"ni qonaq edib.
Əvvəlcə qəsəbə təmsilçisi 12-ci dəqiqədə Qismət Alıyev ilə hesabı açsa da, VAR ofsayd səbəbilə bu qolu qeydə almayıb.
11 dəqiqə sonra isə meydan sahibləri Rəhim Sadıxovun qolu ilə hesabı açıb.
İkinci 45 dəqiqədə qonaqlar Davit Volkovun qolu ilə tarazlığı bərpa edib və görüş bu hesabla da başa çatıb - 1:1.
Beləliklə, xal ehtiyatını 56-ya qaldıran Tovuz təmsilçisi 3-cü yerdə qərarlaşıb. 46 xalı olan "Zirə" isə 4-cü sıradadır.
------------------------------------------------------------
Bu gün Azərbaycan Premyer Liqasının XXIX turuna yekun vurulacaq.
Sportnet.az xəbər verir ki, günün ilk görüşü "Turan Tovuz"la "Zirə" arasında baş tutacaq.
Saat 18:00-da start götürəcək görüşü Rəvan Həmzəzadə idarə edəcək.
Tovuz təmsilçisi 55 xalla turnir cədvəlində 3-cüdür. Rəqibindən 10 xal geridə olan qəsəbə təmsilçisi isə siyahının 4-cü pilləsində qərarlaşıb.
Kurban Berdiyevin yetirmələri bu matçda qələbə qazansa, avrokuboklara vəsiqəni təmin edəcək.
Tərəflərin son 10 duelində Rəşad Sadıqovun kollektivi tovuzluları üstələyir. Onlar 4 matçda qələbə qazanıbsa, 2 görüş heç-heçə ilə başa çatıb. Qərb təmsilçisi isə cəmi 2 dəfə qələbə qazanıb. Topların nisbətində qəsəbə klubu öndədir - 8:5.
"Turan Tovuz" son 5 matçında 2 qələbə, 2 heç-heçə və bir məğlubiyyətlə üzləşib. "Zirə" isə bir qələbə qazanıb, 4 dəfə heç-heçə edib.
Günün ikinci matçı Masazırda keçiriləcək.
Saat 20:00-da "Sabah" "Karvan Yevlax"ı qonaq edəcək.
28 oyundan sonra 69 xal toplayan masazırlılar turnir cədvəlinin vahid ideridir. 14 xallı "Karvan-Yevlax" isə siyahının autsayderidir.
Tərəflər indiyədək 2 dəfə üz-üzə gəlib. Hər iki matçda da "bayquş"lar qələbə qazanıb: 4:1, 2:0.
Mövsümün başlarından bəri məğlubiyyətsizlik seriyasını qoruyan "Sabah" son 5 görüşündə 3 qələbə və 2 heç-heçəyə imza atıb. Ardıcıl 2 matçdır ki, qələbə seriyası olan yevlaxlılar isə son 5 qarşılaşmasında dəfə məğlubiyyətlə qarşılaşıb.
Azərbaycan Premyer Liqası
XXIX tur
27 aprel (bazar ertəsi)
18:00. “Turan Tovuz” – “Zirə” - 1:1
Qollar: Rəhim Sadıxov, 22 - Davit Volkov, 63
Sarı vərəqələr: Hayderson Hurtado, 83 (hakimin qərarına etiraz) - Leroy Mikels, 87 (qeyriidman hərəkəti)
Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 3 dəq.
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Şirmamed Mamedov, Elvin Bayramov
VAR: Fərid Hacıyev
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Tovuz şəhər stadionu, 4000 tamaşaçı
“Turan Tovuz”: 1. Oleq Baklov 17. Rəhim Sadıxov 10. Xəyal Nəcəfov (8. David Tavareş, 82) 88. Faiq Hacıyev (k) 11. Ayxan Hüseynov (6. Fərid Yusifli, 82) 3. Enrike Silva 23. Alexandro Serrano 99. Vadji İbrahima 32. Hayderson Hurtado 19. Roberto Olabe (7. Xorxe Silva, 90) 2. Mark Rene Mampassi
Ehtiyat oyunçular: 41. Sergey Samok 13. Mehman Hacıyev 73. Ülvi Mədətov 60. Vüqar Bağırov
Baş məşqçi: Kurban Berdiyev
“Zirə”: 97. Tiaqo Silva 73. Anatoli Nuriyev (8. İsmayıl İbrahimli, 57) 32. Qismət Alıyev (k) 26. Stefan Aka 4. Ruan Renato 9. Davit Volkov 30. Rikardo Martins 20. İssa Cibrila 93. Brahim Konate 5. Ange Mutsinzi 22. Eren Aydın (28. Leroy Mikels, 77)
Ehtiyat oyunçular: 13. Aydın Bayramov 41. Anar Nəzirov 70. Namik Ələskərov 21. Hacıağa Hacılı 7. Rövlan Muradov 14. Elçin Əlicanov 29. Ceyhun Nuriyev 10. Giorgi Papunaşvili 11. Junior Martins 6. Eldar Quliyev
Baş məşqçi: Rəşad Sadıqov
20:00. “Sabah” – “Karvan-Yevlax” - 2:0
Qollar: Patrik Mbina, 49; Aron Maluda, 55
Qırmızı vərəqələr: Aleksey İsayev, 64 (ciddi qayda pozuntusu) - Tompson Qavi, 36
Sarı vərəqələr: Akim Zedadka, 75 (qeyri-idman hərəkəti) - Tompson Qavi, 15, 36 (qeyriidman hərəkəti)
Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 2 dəq.
Hakimlər: Kamranbəy Rəhimov, Rəhman İmami, Kərim Zeynalov, İslam Məmmədov
VAR: Əli Əliyev
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Elman Musayev
“Bank Respublika Arena”, 1000 tamaşaçı
“Sabah”: 92. Stas Pokatilov (k) 10. Aleksey İsayev 5. Rəhman Daşdəmirov 21. Velko Simiç 40. İqor Noqeyra 80. Akim Zedadka (2. Amin Seydiyev, 89) 27. Timoteuş Puxaç 13. İvan Lepiniça 99. Patrik Mbina (9. Xəyal Əliyev, 73) 7. Umarali Raxmonaliyev (11. Kahim Parris, 57) 19. Aron Maluda (70. Cesse Sekidika, 89)
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev 94. Rəvan Mirzəmmədov 17. Tellur Mütəllimov 89. Cəfər Muxtarov 53. Andrey Santos 83. Stefen Ende
Baş məşqçi: Valdas Dambrauskas
“Karvan-Yevlax”: 99. Pedro Mateuş 6. Vadim Abdullayev (k) 13. Vüsal Məsimov 17. Samir Abdullayev (16. Rauf Rüstəmli, 61) 5. Emin Rüstəmov 2. Şakil Sno 11. Kayl Spens (37. Mois Nqvisani, 57) 19. Tompson Qavi 8. Peter Kings (10. Samuel Durrant, 57) 21. İmani Barker 4. Olavale Doyeni
Ehtiyat oyunçular: 1. Kamran İbrahimov 25. Əmrah Bulud 20. Coy Sleyd Mikels
Baş məşqçi: Füzuli Məmmədov














































































