"Sabah" komandası tarixində ilk dəfə Azərbaycan çempionu olub.
Sportnet.az-ın məlumatına görə, bu, Premyer Liqada sona 4 tur qalmış rəsmiləşib.
XXI turdan təxirə salınmış oyunda "Qarabağ"ı 2:1 hesabı ilə məğlub edən "Neftçi" xal ehtiyatını 47-yə çatdıraraq, 4-cü pilləyə yüksəlməklə yanaşı, "Sabah"ı ən yaxın izləyicisi üçün əlçatmaz edib.
Hazırda Masazır təmsilçisi 72 xalla 1-ci, Ağdam komandası isə 59 xalla 2-ci yerdə gedir. Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv qalan 4 turda 13 xallıq fərqi riyazi cəhətdən də aradan qaldıra bilməyəcək.
Bu isə o deməkdir ki, "Sabah" növbəti turların oyunlarına çempion statusu ilə çıxacaq.












































































