PSJ 2025/26 mövsümünün Fransa Liqa 1 çempionu olub.
Sportnet.az xəbər verir ki, Paris təmsilçisi 34-cü turun təxirə salınmış oyununda “Lans”ı səfərdə 2:0 hesabı ilə məğlub edərək çempionluğu rəsmiləşdirib.
Komandanın qollarını 29-cu dəqiqədə Xviça Kvaratsxeliya və 90+3-cü dəqiqədə İbrahim Mbaye vurub.
Bu qələbədən sonra xallarını 76-ya çatdıran PSJ ən yaxın izləyicisi “Lans”ı 9 xal qabaqlayıb və mövsümün bitməsinə 1 tur qalmış çempionluğu təmin edib.
Beləliklə, Paris klubu ardıcıl 5-ci, ümumilikdə isə 14-cü dəfə Fransa çempionu adına sahib çıxıb.

















































































