İngiltərə Premyer Liqası təmsilçisi "Liverpul" yay transfer pəncərəsi üçün hərəkətə keçib.
Sportnet.az xəbər verir ki, "qırmızılar" "Kristal Pelas"ın yarımmüdafiəçisi Adam Uarton üçün rəsmi təklif göndərib.
Tərəflər arasında danışıqlar davam etsə də, heç bir razılıq əldə edilməyib.
Qeyd edək ki, 22 yaşı olan Adam Uarton 2024-cü ilin qışından "Kristal Pelas" forması geyinir. O, cari mövsüm meydanda olduğu 48 görüşdə 7 məhsuldar ötürmə ilə yadda qalıb. İngiltərə millisinin üzvünün klubu ilə 2029-cu ilin yayına qədər müqaviləsi var.











































































