Mayın 18-də keçiriləcək “Neftçi” İK – “Araz-Naxçıvan” oyunu ilə Azərbaycan çempionatının 32-ci mövsümünə yekun vurulacaq.
Sportnet.az xəbər verir ki, həlledici qarşılaşmadan öncə əsas çempionluq kubokunu qaldırmaq uğrunda “Neftçi” İK tarixində ilk dəfə çempionluq üçün mübarizə aparacaqsa, “Araz-Naxçıvan” sayca 20-ci çempionluğunu rəsmiləşdirməyə çalışacaq.
1993-cü ildən keçirilən Azərbaycan çempionatı yalnız 2020-2021-ci illər mövsümündə pandemiya səbəbindən baş tutmayıb. Həmin mövsümdə İcraiyyə Komitəsinin qərarı ilə əvvəlki çempion “Araz-Naxçıvan” UEFA Çempionlar Liqasında ölkəmizi təmsil edib.
Çempionat tarixinin ən titullu komandası olan “Araz-Naxçıvan” indiyədək 19 dəfə qızıl medallara sahib çıxıb. “Avtomobilçi” və “Turan AİR” hərəyə 3 dəfə ölkə çempionu olub. “Azərneftyanacaq” 2, “Nicat”, “Azadə” və “Tribut” isə hərəyə 1 dəfə çempionluq sevinci yaşayıb.
Qeyd edək ki, “Araz-Naxçıvan”ın ardıcıl 10 çempionluq seriyasına vaxtilə “Khazar Islands” son qoyub.













































































