İsveçin "Yurqorden" klubuna məxsus hücumçu Zakaria Savo karyerasını Azərbaycanda davam etdirə bilər.
Sportnet.az-ın İsveç mətbuatına istinadən məlumatına görə, futbolçunun transferi ilə "Qarabağ" yaxından maraqlanır.
Ağdam təmsilçisi artıq "Yurqorden”ə ilk rəsmi təklifini göndərib və tərəflər hazırda danışıqların son mərhələsindədir.
Qeyd olunur ki, “Qarabağ” transferi yaxın bir həftə ərzində tamamlamağa ümid edir.
24 yaşlı forvard ötən il Kiprin Aris Limassol klubundan “Yurqorden”ə transfer olunsa da, İsveç komandasında gözləntiləri doğrulda bilməyib. O, 18 oyunda cəmi 1 qol vurub.
Bundan sonra futbolçu icarə əsasında "AEL Limassol" klubuna keçib və burada uğurlu çıxışı ilə diqqət çəkib. Savo son dörd ay yarım ərzində 9 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Məlumata görə, AEL də hücumçunun transfer hüquqlarını almaqda maraqlıdır. Lakin “Qarabağ”ın təklifi hazırda daha ciddi variant hesab olunur.
Xatırladaq ki, “Qarabağ” bu mövsüm UEFA Çempionlar Liqasının əsas mərhələsini dəf edib və pley-off mərhələsində İngiltərənin "Nyukasl" klubuna məğlub olaraq turnirlə vidalaşıb.













































































