“Nottinqem” baş məşqçisi Vitor Pereyraya güvənini yeni müqavilə ilə göstərməyə hazırlaşır.
Sportnet.az “The Athletic” nəşrinə istinadən xəbər verir ki, klub rəhbərliyi portuqaliyalı mütəxəssislə uzunmüddətli anlaşma imzalamağı planlaşdırır.
Klubdakı atmosferin müsbət olduğu qeyd edilir. Tərəflərin yaxın zamanda danışıqlara başlayacağı gözlənilir. “Forest” rəhbərliyi yay transfer dövründə komandanın əsas futbolçularını da heyətdə saxlamağı hədəfləyir.
Pereyra komandanı qəbul edəndə “Nottinqem” autsayder zonasından cəmi 3 xal öndə idi. Lakin onun rəhbərliyi altında komanda toparlanaraq Premyer Liqada qalmağı bacarıb.
Qeyd edək ki, “Forest”in elitada qalması “Vest Hem”in “Arsenal”a məğlubiyyətindən sonra olaraq rəsmiləşib. Bu nəticədən sonra komanda mövsümün bitməsinə iki tur qalmış autsayder zonası ilə xal fərqini 7-yə yüksəldib.
















































































