Xabi Alonso yaxın günlərdə İngiltərənin “Çelsi” klubunun yeni baş məşqçisi kimi elan olunacaq.
Sportnet.az xəbər verir ki, məlumatı italiyalı tanınmış futbol jurnalisti Fabrizio Romano özünün “x” hesabında paylaşıb.
"Zadəganlar"ın 43 yaşlı mütəxəssislə 4 illik müqavilə imzalayacağını bildirib.
Müqavilənin 2030-cu ilin iyununa qədər nəzərdə tutulduğu qeyd olunur. Artıq bütün detallar razılaşdırılıb, Alonso isə yaxın günlərdə Londona gələrək komanda ilə işə başlayacaq.
Qeyd edək ki, Xabi Alonso son olaraq İspaniya "Real Madrid"inə rəhbərlik edib. O, 2025-ci ilin iyunundan 2026-cı ilin 12 yanvarına qədər komandaya baş məşqçilik edib. Bu müddətdə madridlilər 28 oyuna çıxıb, 20 qələbə qazanıb, 3 heç-heçə edib və 5 məğlubiyyət alıb.
Bundan əvvəl isə ispaniyalı mütəxəssis Almaniya “Bayer”ində çalışıb və komandanı Bundesliqada çempion edib.















































































