Azərbaycan Premyer Liqasında XXXII turun son 2 oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Sabah" "Neftçi"ni, "Zirə" "Sumqayıt"ı qəbul edib.
Hər iki matçda eyni hesab qeydə alınıb. "Neftçi" səfərdə, "Sumqayıt" evdə qələbə qazanıb - 2:1.
Bununla da "ağ-qaralar" Konfrans Liqasına vəsiqə qazanıb.
----------------------------
Bu gün Azərbaycan Premyer Liqasının XXXII turuna yekun vurulacaq.
Sportnet.az xəbər verir ki, son oyun günündə 2 qarşılaşma baş tutacaq.
Çempion "Sabah" "Bank Respublika Arena"da "Neftçi"ni qonaq edəcək.
Saat 18:00-da start veriləcək görüşü FIFA referisi Kamad Umudlu idarə edəcək.
Qarşılaşmadan sonra keçiriləcək meydan sahiblərinin mükafatlandırma mərasimində 2025/2026 mövsümü üzrə Azərbaycan Premyer Liqasının çempionu kubok ilə təltif olunacaq.
75 xalı olan Masazır təmsilçisi çempionatın lideridir. "Bayquşlar" artıq çempionuğunu rəsmiləşdirib. "Ağ-qaralar" isə 31 oyundan sonra 53 xalla 4-cü pillədədir. Onlar bu gün qələbə qazanacaqları təqdirdə, UEFA Konfrans Liqasına vəsiqəni təmin edəcəklər.
Komandalar indiyədək 29 dəfə qarşılaşıb. Görüşlərdən 13-ü "ağ-qaralar"ın, 9-u isə Masazır təmsilçisinin xeyrinə başa çatıb. 7 oyunda isə heç-heçə qeydə alınıb. “Sabah” son 10 matçda uduzmayıb. “Neftçi” son 3 qarşılaşmada qol vurmayıb. Top fərqində qonaqlar üstündür - 34:24.
Digər görüş isə Zirə İdman Kompleksinin stadionunda baş tutacaq. "Zirə evdə "Sumqayıt"ı sınağa çəkəcək.
Saat 18:00-da start veriləcək oyunu cəzasını başa vuran baş hakim Cavid Cəlilov idarə edəcək.
31 matçdan sonra 50 xalı olan "Zirə" 5-ci pillədədir. Qəsəbə təmsilçisi UEFA Konfrans Liqasına vəsiqə qazanmaq üçün növbəti 2 oyunda qələbə qazanmalı, "Neftçi" isə növbəti 2 qarşılaşmasında da xal itirməlidir. Başqa sözlə, Rəşad Sadıqovun baş məşqçi olduğu kollektiv bu gün uduzsa, Konfrans Liqasına vəsiqə şansını tam itirəcək. 41 xalı olan "Sumqayıt" üçün isə heç bir avrokubok ümidi qalmayıb.
Tərəflər indiyədək 41 dəfə qarşılaşıb. Qəsəbə klubunun 24 qələbəsi, "Gənclik şəhəri" təmsilçisinin isə cəmi 6 qələbəsi var. 11 dəfə heç-heçə qeydə alınıb. “Zirə” son 6 oyunda qalib gəlib. “Sumqayıt” son 21 matçda qələbə qazanmayıb. Top fərqində Bakı klubu üstündür - 60:26.
Azərbaycan Premyer Liqası
XXXII tur
17 may (bazar)
18:00. “Sabah” – “Neftçi” - 1:2
Qollar: Aleksey İsayev, 3 - Andrey Ştoqrin, 10. İfeanyi Metyu, 70
Sarı vərəqələr: Emil Səfərov, 45; 85 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqələr: Coy Lens Mikels, 85 (təcavüzkar davranış) - Emil Səfərov, 85
Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 5 dəq.
Hakimlər: Kamal Umudlu, Namik Hüseynov, Vüsal Məmmədov, Elvin Bayramov
VAR: Fərid Hacıyev
AVAR: Akif Əmirəli
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
“Bank Respublika Arena”, 3300 tamaşaçı
“Sabah”: 55. Nicat Mehbalıyev 17. Tellur Mütəllimov 10. Aleksey İsayev (89. Cəfər Muxtarov, 90+3) 2. Amin Seydiyev (k) 5. Rəhman Daşdəmirov 6. Abdulax Xaybulaev 9. Xəyal Əliyev (83. Stefen Ende, 73) 11. Kahim Parris (70. Cesse Sekidika, 56) 22. Zinedin Uld Xaled (7. Umarali Raxmonaliyev, 56) 99. Patrik Mbina (20. Coy Lens Mikels, 73) 53. Andrey Santos
Ehtiyat oyunçular: 92. Stas Pokatilov 94. Rəvan Mirzəmmədov 21. Velko Simiç 80. Akim Zedadka 3. Stiv Solvet 13. İvan Lepiniça 19. Aron Maluda
Baş məşqçi: Valdas Dambrauskas
“Neftçi”: 1. Emil Balayev 8. Emin Mahmudov (k) (18. İfeanyi Metyu, 64) 15. Elvin Bədəlov 7. Emil Səfərov (23. Cordan Rezabala, 73) 77. Falaye Sako 6. Sessi D`Almeyda 24. Mustafa Sek 5. İqor Ribeyro 70. Andrey Ştoqrin (9. Bassala Sambu, 73) 11. İmad Faraj (17. Murad Xaçayev, 90+1) 10. Freddi Varqas (33. Breno Almeyda, 64)
Ehtiyat oyunçular: 13. Kenan Piriç 91. Nurəziz Əzizov 4. Elvin Camalov 19. Ağadadaş Salyamskiy 45. Vensan Abubakar 14. Edvin Kuç 28. Alessio Kurçi
Baş məşqçi: Yuri Vernidub
18:00. “Zirə” – “Sumqayıt” - 2:1
Qollar: Ruan Renato, 19 (pen.); 90+8 (pen.) - Aleksandr Ramalinqom, 45
Sarı vərəqələr: Eren Aydın, 35 (hakimin qərarına etiraz); Elçin Əlicanov, 55 (qeyri-idman hərəkəti) - Rüstəm Əhmədzadə, 60 (qeyri-idman hərəkəti)
Artırılan vaxt: I hissədə - 2 dəq; II hissədə - 4 dəq.
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Kamran Əliyev
VAR: İnqilab Məmmədov
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Zirə İdman Kompleksinin stadionu, 300 tamaşaçı
“Zirə”: 97. Tiaqo Silva 73. Anatoli Nuriyev (93. Brahim Konate, 66) 32. Qismət Alıyev (k) 8. İsmayıl İbrahimli 14. Elçin Əlicanov (17. Ayron Qomis, 66) 4. Ruan Renato 10. Giorgi Papunaşvili (29. Ceyhun Nuriyev, 77) 30. Rikardo Martins 5. Ange Mutsinzi 11. Junior Martins (9. Davit Volkov, 66) 22. Eren Aydın (7. Rövlan Muradov, (90+8)
Ehtiyat oyunçular: 41. Anar Nəzirov 13. Aydın Bayramov 70. Namik Ələskərov 19. Rüfət Abdullazadə 26. Stefan Aka 6. Eldar Quliyev
Baş məşqçi: Rəşad Sadıqov
“Sumqayıt”: 22. Xəyal Fərzullayev (k) 7. Rüstəm Əhmədzadə 29. Emil Mustafayev (6. Sedrik Badolo, 79) 21. Nihad Əhmədzadə 64. Kənan Feyziyev (9. Aleksandr Ramalinqom, 36) 97. Vüsal Paşayev 10. Nikola Ninkoviç 33. Danilo Beskorovaynıy 23. Ronaldo Vaskez 95. Nsana Simon 11. Aleksa Yankoviç
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov 12. Murad Ağamalıyev 8. Səbuhi Abdullazadə 20. Ayxan Süleymanlı 24. Sənan Muradlı 75. Nadir Orucov 37. Nihad Orucəli
Məşqçi: Veliçko Kaplanoviç















































































