“Sabah”ın futbolçusu Coy Lens Mickels Azərbaycan Premyer Liqasının 32-ci turunda “Neftçi” ilə oyundan sonra Sportnet.az-a müsahibə verib.
Oyun haqqında düşüncələrin?
Bu gün elə bir gündür ki, oyun haqqında yox, çempionluğu necə qeyd edəcəyimizi düşünməliyik. Oyun barədə danışmağın elə də böyük əhəmiyyəti yoxdur.
Bu mövsüm qızıl dubl etdiniz. Bununla bağlı təəssüratlarınız necədir?
Bu, həqiqətən də möhtəşəm hisslərdir. Çünki bu il iki titul qazandıq. Həm kuboku əldə etdik, həm də çempion olduq. Keçən mövsüm sadəcə kuboku qazanmışdıq, amma bu il iki titula sahib olduq. Möhtəşəm duyğulardır. Çalışacağıq ki, əlimizdən gələnin daha artığını edək.
Azarkeşlərdə maraq doğuran mükafatlandırma mərasimindəki çıxışın da diqqət çəkdi. Bununla bağlı nə deyə bilərsən?
Düşünürəm ki, mən “Bakının balasıyam” mahnısını seçməli idim. Çünki hər kəs məni bu mahnı ilə tanıyır. Ona görə də həmin mahnını seçmək qərarına gəldim.
Azarkeşlərə sözün varmı?
“Sabah” azarkeşləri, bütün bunlar sizlər üçündür.








































































