"Sabah" klubu yay transfer dönəmində futbolçusu Aron Maluda ilə yollarını ayıracaq.
Sportnet.az-ın məlumatına görə, bu barədə gənc futbolçuların transferləri barədə sosial şəbəkə paylaşımları ilə tanınan britaniyalı insayder Sent Martin sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, Fransa millisinin və İngiltərənin "Çelsi" klubunun sabiq ulduzu Floran Maludanın oğlu yayda komandasını dəyişəcək.
20 yaşlı vingerin bu mövsüm “Sabah”ın heyətində uğurlu çıxışı ilə diqqət çəkdiyini yazan insayder transferin 2 milyon avro təşkil edəcəyini vurğulayıb.
Məbləğin Avropa bazarı ilə müqayisədə azlığı Azərbaycan Premyer Liqasının beynəlxalq maliyyə dəyərinin aşağı olması ilə əlaqələndirib.
Qeyd edək ki, Aron Maluda mövsümün əvvəlində "Sabah"a icarə əsasında keçsə də, 2026-cı ilin yanvarında tamhüquqlu müqavilə əsasında transfer olunub. O, Masazır təmsilçisinin heyətində ümumilikdə 14 qol vurub və "qızıl dubl" etməklə, iki titul qazanıb.









































































