"Şamaxı" daha 5 futbolçu ilə yollarını ayırıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Emil Süleymanov, Ramiz Muradov, Davud Mənsumov, Abdulla Rzayev və Səlim Həşimov ilə icarə müqavilələrinin müddəti başa çatıb.
Onlar məxsus olduqları klublarına qayıdıblar.
Qeyd edək ki, "Şamaxı" daha əvvəl Karim Rossi və Rüfət Abbasovla vidalaşıb.






































































