“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, sol cinah müdafiəçisi Rüfət Abbasovla 3 illik müqavilə bağlanılıb.
21 yaşlı oyunçu “3” nömrəli formanı geyinəcək.
Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan, 2015-ci ildə klubun akademiyasına qoşulan Abbasov əsas komandaya 2021/2022 mövsümündə cəlb edilib 2 rəsmi oyun keçirib. Son iki mövsümdə “Şamaxı” klubunun formasını geyinmiş Abbasov U-21 milli komandasında 17 matçda meydana çıxıb və əsas milli komandaya da dəvət olunub.







































































