Slovakiyanın paytaxtı Bratislavada təşkil olunan minifutbol üzrə Avropa çempionatında qrup mərhələsinin 2-ci turunun oyunları keçirilib.
Sportnet.az xəbər verir ki, Azərbaycan millisi İtaliya ilə üz-üzə gəlib.
Qarşılaşma Elşad Quliyevin rəhbərlik etdiyi kollektivin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Rəvan Kərimov, Vüsal İsayev və Ruzigar İbrahimzadə vurublar.
Qrupun digər görüşündə Fransa Avstriyaya qalib gəlib - 3:1.
İki turdan sonra 6 xal toplayan Azərbaycan yığması pley-off mərhələsinə vəsiqəni təmin edib.

















































































