
"Mançester Yunayted” "Sauqempton”un
yarımmüdafiəçisi Luk Şou ilə rəsmən müqavilə imzalayıb. Sportnet.az-ın məlumatına görə, "qırmızı şeytanlar” gənc
futbolçu ilə 4 illik müqavilə imzalayıb. Keçid mankunyanlara 37.5 milyon avroya
başa gəlib.
İmza mərasimindən sonra Şou fikirlərini belə ifadə edib: "8
yaşımdan bəri formasını geydiyim klubumdan ayrıldım. Bu yerlərə gəlməyimdə əməyi
olan hər kəsə təşəkkür edirəm. Artıq karyeramda yeni bir səhifə açıram. "Mançester
Yunayted”ə gələrək doğru seçim etdiyimi düşünürəm".
Qeyd edək ki, Şou "Old Trafford”da həftəlik 200 min avro maaş alacaq. Gənc oyunçu İngiltərənin DÇ-2014 heyətində də yer almışdı.