
Futbol üzrə Azərbaycan I Divizionunda III turun daha 3 oyunu keçirilib. Sportnet.az-ın məlumatına görə, qarşılaşmaların heç birində meydan sahibləri qalib gələ bilməyib.
Debütant "Şərurspor"un "Göyəzən"lə keçirdiyi səfər matçında 5 qolun hamısını Rəhman Musayev vurub.
24 sentyabr
"Göyəzən” - "Şərurspor” - 0:5
Qollar: Rəhman Musayev, 18; 43; 45; 64; 88
"Şahdağ” - "Şəmkir” - 1:2
Qollar: İqrar Səmədov, 56 - Bəhruz Teymurov, 81-penalti ilə. Sərxan Ağayev, 88
"Mil-Muğan” - "Zaqatala” - 0:0
23 sentyabr
"Energetik" - "Qaradağ Lökbatan" - 0:5
Qollar: Elgiz Kərəmli, 8. Cavid Muxtarzadə, 10-penalti ilə. Aslan Hüseynov, 14. Əliqulu Mənəfov, 17. Sabir Allahquliyev, 55
25 sentyabr (cümə)
16:00. "Ağsu” – "Turan Tovuz”
Hakimlər: Xəlil Xəlilov, Coşqun Həsənov, Cavanşir Yusifov, Namiq Bəkirov
Hakim inspektor: Qurban Məmmədov
Ağsu şəhər stadionu
16:00. "Bakı” – MOİK
Hakimlər: Feyzulla Feyzullayev, Şakir Quliyev, Eyyub İbrahimov, Qorxmaz Eldarov
Hakim inspektor: Ədilxan Hümbətov
"Bakı” FK-nın təlim-məşq bazasının stadionu
14:00. "Bakılı” – "Neftçala”
Hakimlər: Orxan Məmmədov, Zeynal Zeynalov, Munis Abdullayev, Rövşən Rəcəbov
Hakim inspektor: Samir Kərəmov
"İnter Arena”, 4-cü meydança