
"Qarabağ"ın zədəsi sağalan futbolçusu Çumbinyo Belçika "Anderlext"inə qarşı Avropa Liqasının qrup mərhələsinin II tur matçında oynamayacaq. Sportnet.az-ın məlumatına görə, bu barədə Ağdam komandasının baş məşqçisi Qurban Qurbanov açıqlama verib.
O bildirib ki, 29 yaşlı yarımmüdafiəçini daha böyük məsuliyyət tələb edən qarşılaşmada meydana buraxmaqla risk etmək istəmir: "Xeyr, Çumbinyo sabahkı oyunda olmayacaq. "18-liy"ə belə salmayacağıq. Belə oyunda risk etmək istəməzdim. Oyun praktikası azalıb. Amma get-gedə forma yığacaq və qarşıdakı matçlarda çıxış edəcək".
Qeyd edək ki, Çumbinyo 2014-cü il sentyabrın 18-də Bakıda Fransa "Sent-Etyen"i ilə Avropa Liqasının qrup mərhələsinin I tur matçında zədələnib.