
İyulun 28-dək Kartəpə bölgəsindəki "Green Park Resort Kartepe" otelində məskunlaşacaq komanda qonşu ölkədə 5 yoxlama matçı keçirəcək. Artıq rəqiblərdən 2-si məlumdur. "Sumqayıt" iyulun 17-də İranın "İstiqlal Əhvaz", bundan 3 gün sonra isə Özbəkistan çempionu "Bunyodkor”la üz-üzə gələcək.