
Futbol üzrə Azərbaycan I Divizionunda VII turun "Neftçala” – MOİK oyununun keçirilmə yeri dəyişdirilib. Sportnet.az-ın məlumatına görə, Nəriman Nərimanov adına Neftçala şəhər stadionunun ot örtüyü yağan yağışlar səbəbindən əlverişsiz halda olduğu üçün liderin matçı "Dalğa Arena”da keçiriləcək.
29 oktybar (cümə axşamı)
"Neftçala” – MOİK
"Dalğa Arena”, 14:00











































































