Futbol üzrə Azərbaycan I Divizionunda 9-cu turun "Neftçala” – "Şəmkir” oyunu "Dalğa Arena”da keçiriləcək. Sportnet.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, səbəb Neftçala şəhər stadionunun ot örtüyünün oyun keçirmək üçün tam hazır olmamasıdır.
Eyni zamanda, canlı yayımla əlaqədar "Bakı” – "Turan Tovuz” matçı 12 noyabrda deyil, 11 noyabrda keçiriləcək.