Futbol üzrə Azərbaycan I Divizionunda IX turun daha iki oyunu keçirilib. Sportnet.az-ın məlumatına görə, Bakıda baş tutan turun mərkəzi görüşündə "Neftçala" "Şəmkir"ə minimal hesabla qalib gəlib.
Autsayderlərin duelində isə Qazaxda "Göyəzən"i yenən Qusar "Şahdağ"ı bu mövsüm ilk qələbəsinə imza atıb.
12 noyabr
"Göyəzən” - "Şahdağ” - 0:2
Qollar: Cəlal Cəlalzadə, 8-öz qapısına. İsrafil Qarayev, 71
"Neftçala” - "Şəmkir” - 1:0
Qollar: Fərid Səmədzadə, 26
11 noyabr
"Bakı" - "Turan Tovuz" - 2:1
Qollar: Umar Akmurzayev, 55. Raul Yaqubzadə, 79 - Vüsal Qarayev, 15
Tura noyabrın 13-də keçiriləcək 4 oyunla yekun vurulacaq:
14:00. "Energetik" – "Mil-Muğan"
Hakimlər: Elgün Hüseynov, Mirzə Fərzəliyev, Aleksandr Musatkin, Fuad Rəsulzadə
Hakim-inspektor: Rafiq Pənahpur
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu
14:00. "Bakılı" – "Ağsu"
Hakimlər: Fariz Yusifov, Rahil Ramazanov, Elman Kərimov, Rauf Allahverdiyev
Hakim-inspektor: Ramiz Əsədov
"İnter Arena”, 4-cü meydança
14:00. "Qaradağ Lökbatan" – MOİK
Hakimlər: Əmrah İbrahimov, Knyaz Əmiraslanov, Kamran Bayramov, Samir Qasımov
Hakim-inspektor: Eldəniz Musayev
Lökbatan qəsəbə Olimpiya İdman Kompleksinin stadionu
20:30. "Şərurspor" – "Zaqatala"
Hakimlər: Anar Niyazov, Şakir Quliyev, Elgün Adıgözəlli, Emil Müsadiq
Hakim-inspektor: Rüfət Əliyev
"Bayıl Arena"