1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Kamal Quliyev cəzalandı
AFFA-nın İntizam Komitəsi "Neftçala"nın baş məşqçisi Kamal Quliyevi 5 oyunluq cəzalandırıb. Sportnet.az-ın məlumatına görə, baş məşqçi hakimə qarşı təhqiredici hərəkət etdiyi üçün klubu 500 manat cərimələnib.
I Divizionun IX turunun "Şəmkir"lə keçirilmiş oyunun 74-cü dəqiqəsində meydan sahiblərinin futbolçusuna göstərilən qırmızı vərəqədən sonra klubun baş məşqçisi Kamal Quliyev hakimə qarşı təhqiredici hərəkətə yol verib. Komitə oyunun video yazısını izlədikdən sonra Quliyevin cəzalanmasına qərar verib.
Bundan əlavə "Neftçala"nın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimələnib və Ramazan Həsənov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb. Həsənovun bu hərəkəti klubuna 20 manata başa gəlib.
Oyunun 90+1-ci dəqiqəsində "Şəmkir"in futbolçusu İlham Allahverdiyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb və klubu 20 manat cərimə olunub. Bir dəqiqə sonra qonaqların heyətində Rəhman Şabanov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı zaman azarkeşlərə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 3 oyunluq cəzalanıb. Azarkeşlərə qarşı işlədilən bu ifadələr "Şəmkir" klubunu 200 manat ziyana salıb.
Üstəlik oyun başa çatdıqdan sonra "Şəmkir"in futbolçusu Bəhruz Teymurov hakimi təhqir etdiyinə görə 4 oyunluq cəzalanıb klub 400 manat cərimələnib. olunur.