FİFA referisi Əliyar Ağayev təyinat aldığı Çempionlar Liqasının II təsnifat mərhələsinin təkrar qarşılaşması çərçivəsində keçiriləcək "Aktobe" - "Dinamo" (Tiflis) görüşünə hazırlıqlara start verib. Ədalət təmsiliçisi Sportnet.az-a açıqlamasında bu komandalar arasında iyulun 16-da baş tutacaq ilk oyunu izləmək istədiyini bildirib.
Ağayev həm Qazaxıstan, həm də Gürcüstan çempionları barədə ətraflı məlumat topladığını söyləyib: "Bu komandalar arasında baş
tutacaq ilk oyun vaxtı Polşada təlim-məşq toplanışında olacağıq. Ancaq imkan
olsa, mütləq izləyib, qeydlərimi aparacağam. Ümumiyyətlə, bu oyuna bir tramplin
kimi baxıram. Ümid edirəm ki, bu görüşdən sonra ən azından Avropa Liqasının
III təsnifat mərhələsinin oyununa dəvət alacağam".
Qeyd edək ki, "Aktobe" - "Dinamo" (Tiflis) qarşılaşması iyulun 23-də Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |