FİFA yanvarın 21-də AFFA-ya məktub ünvanlayaraq FIFA-nın Nizam-İntizam Komitəsinin "Bakı” klubu haqqında qərar qəbul edildiyi bildirilib. Sportnet.az-ın məlumatına görə, məktubda "Bakı” klubu ilə həmin komandada çıxış etmiş futbolçu Dejan Brankoviç arasında bağlanmış müqavilə şərtlərinə klubun riayət etməməsi səbəbindən cari mövsüm aktivindən 3 xal silinməsi göstərilib.
Yerli federasiyanın İntizam Komitəsi I divizionda çıxış edən "Bakı"nın cari mövsüm aktivindən 3 xal silib.
Bununla da paytaxtın eyniadlı təmsilçisi cari ilə 11 xalla başlayacaq.
Qeyd edək ki, bir müddət əvvəl klubun 6 xalı silinib.









































































