"Kubokda ilk oyunu səfərdə keçirdiyimizdən, elə burada cütün taleyi öz xeyrimizə dəyişmək istəyirdik. Düzdür, "Zirə” çempionatda 2-ci yerdə gedir. Son zamanlar çox yaxşı çıxış edir, məğlub olmayan bir komanda idi. Bizdə isə "Xəzər Lənkəran”la oyunda bir az çətinliklər oldu. Amma kubok matçında çox yaxşı çıxış etdik”. Bu fikirləri Sportnet.az-a açaıqlamasında "Qəbələ”nin futbolçusu Ruslan Abışov deyib.
O, Azərbaycan kubokunun 1/4 final mərhələsində "Zirə” ilə səfər matçında qazandıqları 2:1 hesablı qələbədən sonra rahatlaşmağa əsas görmür: "Qarşıda hələ cavab oyunu var. Bundan sonra yüzdəyüz mərhələ keçdiyimizi demək olar. İnanıram ki, istəyimizə çatacağıq. Sözsüz ki, bu səfər qələbəsindən sonra "Qəbələ”nin böyük üstünlük qazandığını demək olar. Ancaq qarşıdakı 90 dəqiqədə hər şey dəyişə bilər. "Zirə” ilə matçadək çempionatda "Neftçi” ilə çətin səfər matçımız var. Bundan sonra cavab matçı fikirləşəcəyik. Əlbəttə, bizim üçün kubok da çox vacibdir”.
Ruslan mövsümü ən azı bir titulla başa vurmaq istədiklərini bildirib: "Çempionluq haqda danışmaq bir az çətindir. Çünki lider "Qarabağ”la xal fərqimiz böyükdür. Ancaq sonadək mübarizə aparacağıq. Hələ çox oyunlar var və hər iki turnirdə ididalıyıq”.
Abışov oyunun sonunda əvzlənməsini belə izah edib: "Açığı, qoldan sonra əvəzlənməli idim. Zədəyə görə iki aydan çoxdur oynamırdım və yorulmuşdum. Bu üzdən çətinlik var idi. Şükürlər olsun ki, qələbə qazandıq. İnanıram ki, 2-3 oyundan sonra tam formamı bərpa edəcəyəm. Əlbəttə, zədədən sonra qayıdıb sistetik meydançada oynamaq əlavə çətinlik yaradır. Amma mən çox çalışıram. İnanıram ki, bunun bəhrəsini daha da yaxşı görəcəyəm, gələn oyunlarda daha yaxşı çıxış edəcəyəm”.
Müdafiəçi meydanı tərk edərkən "Zirə”li azarkeş arasındakı dialoquna da toxunub: "Azarkeş məni təhqir etmədi, sadəcə, meydandan daha tez çıxmağımı tələb etdi. Mən də ona dedim ki, sakit ol”.
Məlum olduğu ki, "Qəbələ” yarımfinala keçərsə, "Xəəzr Lənkəran” – "Neftçi” cütün qalibi ilə görüşəcək. Bu isə Ruslan keçmiş komandalarıdılr. Görəsən, o, hansı ilə görüşmək istərdi? Futbolçunu dinləyək: "Xəzər Lənkəran”ın ilk oyunda qalib gəlməsi bizim üçün də gözlənilməz oldu. Ancaq kiminlə düşməyimiz fərq eləməz. Əsas odur ki, biz "Zirə”ni keçək. Ümdiimiz kuboku qazanmağadır. "Xəzər Lənkəran”ın minimal üstübnlüyünü səfərdə qoruya bilib-bilməyəcini oyun göstərəəck. Bu barədə indidən bir şey demək olmaz”.
Xatırladaq ki, Lənkəran klubu ilk oyunda evdə rəqibini 3:2 hesabı ilə məğlub edib.