
Peşəkar Futbol Liqası Azərbaycan I divizionunun bir oyununun hakimin dəyişib. Sportnet.az-ın məlumatına görə, dəyişiklik XVI turda keçiriləcək "Ağsu" – "Şəmkir" oyunu ilə bağlıdır.
Əvvəlcədən adıçəkilən görüşə təyinat alan yan xətt hakimi Azər Əsgərovu Coşqun Həsənov əvəzləyəcək. Əsgərovun əvəzlənməsi onun səhhəti ilə bağlıdır.
Qeyd edək ki, martın 6-da Ağsu şəhər stadionunda keçiriləcək qarşılaşma saat 15:00-da başlayacaq.








































































