Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab matçında "Zirə"ni 5:1 hesabı ilə darmadağın edən "Qəbələ" adını yarımfinala yazdırıb. Sportnet.az xəbər verir ki, qarşılaşmadan sonra "qırmızı-qaralar"ın baş məşqçisi Roman Qriqorçuk jurnalistlərin suallarını cavablayıb.
- Hər zaman böyükhesablı qələbələri sevdiyiniz bildirirdiz. Bu gün arzunuza çatdınızmı?
- Əla nəticədi. Komanda çox qol vuranda hər şey yaxşı olur.
- Asif Məmmədov kollektivə qoşula bilibmi?
- Asif bu gün hazır olan futbolçulardandı. Buna görə də, o, bu gün meydanda idi.
- "Zirə"ni tam analiz etmisiz, yoxsa hələ sirli nəsə qalıb?
- Biz hər zaman rəqib barədə maksimum məlumat əldə etməyə çalışırıq. Deyə bilərik ki, rəqib haqda çox şey bilirik. Yeni bir şey olsa, bunu yenə öyrənəcəyik. Artıq növbəti oyunu düşünürük.
- Bugünkü qələbə arxayınlıq yaradırmı?
- Bu, olmamalıdı. Belə hesablı qələbə arxayınlığa imkan verməməlidi. Bunun üçün də müvafiq addımlar atacağıq. Vəziyyəti düzgün qiymətləndirib yola davam etmək lazımdı.
- Kubokun finalının Gəncədə keçirilmə ehtimalı var. Bu, sizə uyğundu, yoxsa Bakıda oynamaq daha yaxşı olar?
- Əvvəlcə Gəncədə futbol oynamaq üçün meydança olmalıdı. Meydança yaxşı vəziyyətdə olsa, orada oynamaq olar.
- Yarımfinalda hansı rəqibi arzulayırsız?
- Bizim üçün fərqi yoxdu. Hansı qalib gəlsə, deməli o komanda daha güclüdü.
- Media Qəbələyə böyük tərkiblə gələndə "Qəbələ" də böyükhesabla qalib gəlir. Bu nədən irəli gəlir? Medianın ayağı düşərlidi, ya xüsusi motivasiya olur?
- Düzü, bundan xəbərim olmayıb. Futbolu hər zaman insanlar üçün oynayırıq. Dediyiniz mövzü düzgündürsə, mən sizə taksi yollamağa da hazıram (gülür).
sport7.az