"Neftçi”nin futbolçusu Fəhmin Muradbəyli "Xəzər Lənkəran"la Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunundan sonra (2:0) müsahibə verib. Gənc futbolçu Sportnet.az-ın da suallarını cavablandırıb.
- "Xəzər Lənkəran”la oyun haqda düşüncələrin necədir?
- Hamiya şahid oldu ki, gərgin, çətin oyun keçdi. Səfərdə uduzduğumuzdan evdə mütləq qalib gəlməli olduğumuzu dərk edirdik. Oyuna ciddi hazırlaşmışıq. Qələbə qazanmağa özünəinamımız böyük idi. Şükür Allaha ki, istəyimizə çatdıq. Azarkeşlərimizi, rəhbərliyimizi sevindirdik. Elə bil ki, "qara zolağ”a düşmüşdük və ondan çıxdıq. Gələn oyunumuz çempionatda AZAL-ladır. Həmin matçda layiqli qələbə qazanıb, turnir cədvəlində 1 pillə də olsun irəliləmək istəyirik.
- "Qara zolaq”dan çıxmaq üçün baş məşqçi Əsgər Abdullayevin gedişi lazım idi?
- Yox. Mən belə deməzdim. Əsgər müəllim də hamımızın üzərində əziyyət çəkib. Onunla bağlı deyərdim ki, bir az şanssızlıqla üzləşdi. Məğlubiyyətdə Əsgər müəlimi günahlandırmaq istəmirəm.
- Bəs elə isə 3 gündə nə dəyişdi? Yeni baş məşqçiniz Vəli Qasımov sizə nə dedi?
- Futbolda elədir ki, baş məşqçi dəyişəndə komanda həmişə bir az fərqli oynayır. Bunu hamı bilir. Mən də bunu fikirləşirəm ki, hər komandada belədir, baş məşqçi dəyişəndə komanda yenidən canlanır.
- Bugünkü oyunda müdafiədə oynadın. Bu yerdəyişmə nə ilə əlaqədar idi?
- Müdafiənin sağ cinahında oynadəm. Bundan qabaq 1-2 dəfə də, yığmada bu mövqedə çıxış etmişdim. Vəli müəllim mənimlə müdafiədə oynamaqla bağlı söhbətləşdi. Məndən soruşdu ki, oynaya bilərsənmi? Cavab verdim ki, bu yerdəyişmə komanda üçündürsə, əlimdən gələni edərəm. Qol buraxmadıq, mən də müdafiədə oynayan futbolçu kimi meydanı başıuca tərk elədim. Baş məşqçimizin etimadını doğrultdum.
- Kubokda növbəti rəqibiniz "Qəbələ”dir...
- Bu komanda ilə son turda burda oynadıq, 1:2 hesabı ilə uduzduq. Ancaq düşünmürəm ki, onlardan zəif oynadıq. Bu, futboldur, hər şey ola bilər. Biz özümüzə inanırıq. Hər bir komandaya qalib gələ biləcək gücdəyik. İnşallah, bunu sübut edəcəyik.
- Çempionatda 7-ci yerdə olmağınız sizi sıxmır ki?
- Bu, tək bizi yox, bütün "Neftçi”sevərləri sıxır. "Neftçi” 7-ci yerə layiq deyil. Hamə elə düşünür. İnşallah, qalan oyunlarda qalib gəlib turnir cədvəlində yerimizi bir az da olsa yaxşılaşdırarıq. İlk üşlüyə yaxınlaşmağa çalışacağıq və ora düşmək şansımız var.
- Səncə, komandanız bu oyunla, gücü ilə üçlüyə düşməyə layiqdirmi?
- Çempionluğa da layiq ola bilərik. Anca qçempionat başlayanda heç nədən çox xal itirdik. İndi onun əziyyətini çəkirik. Düşünürəm ki, bundan sonra həmin səhvləri təkrarlamarıq. Bütün rəqiblərə eyni gözlə baxaraq hər oyuna qələbə üçün çıxırıq. Fikrimcə, bundan sonra daha da yaxşı oynayıb, hər matçda layiqli qələbə qazanacağıq.
- Baş hakimin qərarına ya "Neftçi”, ya da "Xəzər Lənkəran” etiraz edirdi. Doğrudanmı Rəhim Həsənovun idarəçiliyi bu qədər bərbad idi?
- İlk hissədəki penalti epizodunu görmədim. Ancaq hamı deyirdi ki, təmiz penalti idi. "Baeselona” ilə "Atletiko” arasında oyundakı epizod gözümü qabağına gəldi. Eyni epizodda top Pikenin əlinə dəydi və baş hakim penalti verdi. Ancaq bizdə vermədi.
- Bu, "Neftçi” – "Xəzər Lənkəran” oyunudur, onu da nəzərə al...
- Ona qalsa, "Xəzər Lənkəran”la "Bakcell Arena”dakı çempionat oyunumuzda iki təmiz penaltimizi vermədilər. Birində top Nodar Məmmədovun, digərində Tural Cəlilovun əlinə dəymişdi.
- İlk dəqiqələrdən hakimə etiraz etməyiniz ondan irəli gəlmir ki, son oyunlarda hakimlərin "Neftçi”yə qərəzli hakimlik etdiyini düşünürsünüz?
- Bunu hamı görür ki, "Neftçi”ni sıxırlar. "Qəbələ” ilə oyunda da bunun şahidi olduq. Rəqibin vurduğu ilk qolda bizim çörəyimizi əlimizdən aldılar. Açıq danışmaq laızmdırsa, belədir. Hamı gördü ki, ilk qol ofsayd idi. Ofsayda olmasa da, Aqil Məmmədov topu tutmuşdu, Dodo onu vurdu. Bunu görməmək üçün gərək kor olasan.
- Səncə, həmin oyunun baş hakimi olan Ömər Paşayev kordur?
- (gülür) Mən hakimlər hadqa o qədər danışmaq istəmirəm, hələ çox cavanam. Hakimin səhvlərini demək mənə düşməz. Başımı salıb oyunumu oynayıram. Mən tək hakim üçün yox, bütün insanlar üçün deyirəm. Sadəcə, həmin epizodu görməyi nəzərdə tuturdum.