
"Qəbələ”nin yeni bombardiri Ermin Zets olub. Sportnet.az-ın məlumatına görə, Bosniya və Herseqovina yığmasının da üzvü olan 28 yaşlı hücumçu cari mövsümdə artıq 7 dəfə fərqlənib. Zets Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Zirə”yə evdə 5:1 hesabı ilə məğlub etdikləri matçda da qol vudurdqan sonra hücumdakı ukraynalı tərəfdaşı Aleksey Antonovu qabaqlayıb. Antonov 6 dəfə fərqlənib və "Qəbələ”nin cari çempionatda ən sərrast oyunçusudur. Ona kubokda qol vurmaq hələ ki nəsib olmayıb. Ermin isə Premyer Liqada 5, ölkə kubokunda 2 qol vurub.
Premyer Liqanın bombardiri olan Riçard Almeyda da vahid liderliyini əldən verib. Cari mövsümdə "Qarabağ"ın ən sərrast oyunçusu artıq tək Almeyda yox, eyni zamanda isveçli hücumçusu Samuel Armenterosdur. Armenteros kubokda hesabına 3 qol yazdıqdan sonra bu mövsüm artıq 9 dəfə fərqlənib. Riçardın isə Premyer Liqada hesabında 8, Azərbaycan Kubokunda 1 qol var.