Azərbaycan I Divizionunun XVIII turunda keçirilmiş "Neftçala" - "Turan Tovuz" oyununda dava düşüb. Sportnet.az-ın məlumatına görə, insident oyunun əsas vaxtına əlavə edilmiş dəqiqələrdə baş verib.
Qonaqların futbolçusu meydan sahiblərinin oyunçusuna qarşı kobud oynayıb və nəticədə iki tərəf arasında mübahisə yaranıb. Tovuz təmsilçisinin rəqibi təhqir etməsi nəticəsində insident böyüyüb və hər iki komandanın futbolçuları yumruq-təpik davasına çıxıb.
Təxminən 10 dəqiqəyə yaxın davam edən dava polis müdaxiləsindən sonra sakitləşdirilib.