1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
AFFA-dan Elxan Məmmədova sərt cəza
AFFA İntizam Komitəsi I Divizionda XVIII turun daha bir oyunu ilə bağlı cəzalarını açıqlayıb. Sportnet.az-ın məlumatına görə, komitə "Mil-Muğan” – "Şəmkir” matçı başa çatdıqdan sonra baş verənlərə hüquqi münasibət bildirib.
Qurumun açıqlamasında deyilir ki, "Mil-Muğan"ın futbolçusu Elxan Məmmədov "Şəmkir"in texniki zonasına yaxınlaşaraq, Qeyrət Qənbərova hücum çəkib, ona xəsarət yetirib, azarkeşlərin meydana daxil olmasına və hər iki klub arasında qarşıdurmaya səbəb olub. Baş vermiş insident qısa zamanda aradan qaldırılıb.
İntizam Komitəsi baş vermiş hadisəyə uyğun olaraq aşağıdakı qərarları qəbul edib:
Hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 100 manat məbləğində cərimə olunur;
88-ci dəqiqədə "Şəmkir"in futbolçusu Bəhruz Teymurov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur;
"Mil-Muğan"ın futbolçusu Elxan Məmmədov rəqibə qarşı sərt davranışa və baş vermiş hadisənin əsas səbəbkarı olmasına görə, 12 aylıq yarışlardan kənarlaşdırılır, klub 1500 manat cərimə olunur;
Oyun zamanı təhlükəsizlik tam təmin olunmadığına görə meydan sahibi klub 500 manat cərimə olunur;
PFL baş vermiş hadisə ilə bağlı oyunda təhlükəsizliyə birbaşa cavabdeh olan dövlət qurumuna təhlükəsizlik tədbirlərinin daha yüksək səviyyədə həyata keçirilməsi ilə bağlı müraciət etsin.
Bundan başqa I Divizionun "Şərurspor”la matçının 82-ci dəqiqəsində "Bakılı”nın futbolçusu Qafar Əliyev rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, klub 200 manat cərimə olunub. Oyunun 86-cı dəqiqəsində "Bakılı”nın digər futbolçusu Ramil Həşimzadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.