
Uruqvay yığmasının hücumçusu Luis Suares artıq İspaniya "Barselona"sının düşərgəsindədir. Sportnet.az-ın məlumatına görə, İngiltərə "Liverpul"undan transfer olunan hücumçu həkim müayinəsindən keçdikdən sonra Kataloniya təmsilçisi ilə rəsmi müqaviləyə imza atacaq.
Suares oktyabr ayıənadək "Barselona"ya kömək edə bilməyəcək. İtaliya yığması ilə DÇ-2014-ün qrup mərhələsindəki görüşdə forvard "Skuadra adzurra"nın müdafiəçisi Corco Kyellinini dişləyib. Futbolçunun bu hərəkəti FİFA-nın məlum cəzası ilə nəticələnib.
Qeyd edək ki, "Barselona" Suaresin növbəti "dişləmə əməliyyatı"ndan "sığortalanıb". Müqavilədə növbəti analoji hal təkrarlanacağı təqdirdə futbolçunun 4 milyon avro cəzaya məruz qalacağı bəndi əks olunub.