1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Bavariya" yarımfinalda, "Barselona" turnirdən kənarda qaldı - YENİLƏNDİ
Bu gün futbol üzrə Çempionlar Liqasının son 2 yarımfinalçısı müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, 1/4 final mərhələsinin cavab görüşləri çərçivəsində ikinci oyun günündə komandalar İspaniya və Portuqaliyada üz-üzə gəliblər.
Günün ən diqqətçəkən nəticəsi Madriddə qeydə alınıb. Belə ki, turnirin son qalibi olan "Barselona" mübarizəni dayandırıb. "Atletiko"nun fransalı hücumçusu Antuan Qrizmann etdiyi dublla bunu reallaşdırıb. Düzdür, "Barselona" uzatma dəqiqələrində hakim haqsızlığı ilə üzləşib. Belə ki, "Atletiko"nun kapitanı Qabi cərimə meydanında əllə oynasa da, italiyalı baş hakim Nikola Ritsoli kobud səhvə yol verib. O, penalti yox, cərimə zərbəsi təyin edib.
Lissabondakı matçda isə bərabərlik qeydə alınıb ki, bu da qonaqların işinə yarayıb. "Bavariya" iki oyunda onu məğlub edə bilməyən "Benfika"nı mübarizədən kənarlaşdıraraq növbəti dəfə yarımfinala çıxıb.
Çempionlar Liqas, 1/4 final, cavab oyunları
22:45. "Atletiko" (İspaniya) - "Barselona" (İspaniya) - 2:0
Qol: Antuan Qrizmann, 36, 88
Baş hakim: Nikola Ritsoli (İtaliya)
Madrid. Visente Kalderon.
İlk oyun: 1:2
22:45. "Benfika" (Portuqaliya) - "Bavariya" (Almaniya) - 2:2
Qol: Raul Himenes, 27, Anderson Taliska, 77 - Arturo Vidal, 39, Tomas Müller, 52
Baş hakim: Byorn Keypers (Hollandiya)
Lissabon. "Eştadiu da Luj"
İlk oyun: 0:1
Daha öncə İspaniyanın "Real Madrid" klubu Almaniya "Volfsburq"unu (0:2, 3:0), İngiltərə "Mançester Siti"si isə Fransanın PSJ klubunu (2:2, 1:0) məğlub edərək adını yarımfinala yazdırıb.
Qeyd edək ki, yarımfinal mərhələsinin püşkatması aprelin 15-də keçiriləcək. Mərhələnin ilk oyunlar 26-27 aprel, cavab oyunları isə 3-4 mayda baş tutacaq.