1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Svanadze açıqladı: Rauf Əliyev "18-lik"də!
Bakı "İnter"inin baş məşqçisi Zaur Svanadze Azərbaycan Premyer Liqasının XXX turunda "Kəpəz"lə keçirəcəkləri oyun barədə danışıb. Sportnet.az-ın məlumatına görə, gürcüstanlı mütəxəssis klubun rəsmi saytına açıqlamasında matça ciddi hazırlaşdıqlarını bildirib.
O, komandasını "Kəpəz”lə çətin oyunun gözlədiyini söyləyib: "Bu komanda doğma divarlar arasında yaxşı oyun sərgiləyir. Düşünürəm ki, azarkeşlər maraqlı və gərgin idman şəraitində keçəcək mübarizənin şahidi olacaqlar. Əlavə etmək istəyirəm ki, Kamran Ağayevlə Nizami Hacıyev zədəlidirlər, Abbas Hüseynovun isə kiçik zədəsi var və onun oyuna çıxması sual altındadır. Rauf Əliyev artıq komanda ilə məşq edir və "Kəpəz”lə oyunda ilk "18-liy"ə salınacaq. Qarşıdakı oyunu buraxacaq oyunçularımızdan biri də Sezar Meza Kollidir. Sarı vərəqə limitini dolduran paraqvaylı futbolçu Gəncəyə yollanmayacaq”.
Qeyd edək ki, aprelin 16-da keçiriləcək "Kəpəz" - "İnter" matçı saat 13:30-da başlanacaq.